Bakıda sex yanıb: 2 nəfər xəsarət alıb

Bakıda sex yanıb: 2 nəfər xəsarət alıb
  21 May 2017    Oxunub:3066
Bakıda yanğın qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 m2 olan metaləritmə sexinin ərazisində 10 m2 sahədə stol-stul, 1 ədəd rəf və 1 ədəd elektrik lövhəsi yanıb.

Yanğın zamanı 2 nəfər yanıq xəsarətləri alıblar. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti