İmişlidə "Mercedes" yanıb

İmişlidə "Mercedes" yanıb
  21 May 2017    Oxunub:1425
İmişli rayonu, Telişli kəndində yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, İmişli rayonu, Telişli kəndində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin salonu və mühərrikində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 11:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti