Sumqayıtda yaşayış binası yanıb

Sumqayıtda yaşayış binası yanıb
  23 May 2017    Oxunub:1377
Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 600 kvadratmetr olan, birmərtəbəli 8 mənzildən ibarət yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 125 kvadratmetr olan 4 otaqlı mənzilin taxta konstruksiyalardan ibarət 3 otağı və içərisindəki əşyalar 100 m2 sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Sumqayıt   Yanğın   FHN  





Xəbər lenti