Komitə İsrail vətəndaşının yalanını üzə çıxardı- Video
![Komitə İsrail vətəndaşının yalanını üzə çıxardı- Video Komitə İsrail vətəndaşının yalanını üzə çıxardı- Video](https://azvision.az/photos/gomruk_komitesi_esas_1495523969.jpg)
"Aviasiya təhlükəsizliyi üzrə nəzarət zonasını keçərkən hərəkətləri şübhə doğurduğu üçün Aleksander Gorenşteyn gömrük əməkdaşları tərəfindən saxlanılıb və sorğu-sual zamanı o əynindəki şalvarın iç hissəsində 10000 ABŞ dollarının olduğunu bildirib. Şəxsi yoxlama zamanı isə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Aleksandr Gorenşteynin əynindəki şalvarın ön tərəfdən iç hissəsinə sonradan tikilmiş sağ və sol ciblərdə gömrük nəzarətindən gizlədilən 33000 ABŞ dolları və üzərində olan pul qabından gömrük orqanına bəyan etmədiyi 2000 ABŞ dolları və cəmi 35 000 ABŞ dolları aşkar edilərək götürülüb.
Ölkə ərazisinə gətirilməsini təsdiq edən sənəd, eləcə də yazılı bəyannamə təqdim edilmədiyindən qeyd edilən əməl gömrük orqanı tərəfindən külli miqdarda xarici valyutanın Azərbaycanın gömrük sərhədindən düzgün bəyan edilməməklə və gömrük nəzarətindən gizli keçirilməsi kimi qiymətləndirilərək müvafiq protokol tərtib edilib".
Faktla bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər: DGK