Doğuş səviyyəsi aşağı düşüb, xərclər isə artıb
![Doğuş səviyyəsi aşağı düşüb, xərclər isə artıb Doğuş səviyyəsi aşağı düşüb, xərclər isə artıb](https://azvision.az/photos/doğuş-səviyyəsi-isə-aşağı-düşüb_1495620191.jpg)
Bildirilib ki, bu müavinət növü üzrə xərclərin artım səviyyəsinin ümumi xərclərin artım səviyyəsindən geri qaldığı söylənilə bilər. Statistik məlumatlara əsasən respublikada 2014-cü ildə 170,5 min, 2015-ci ildə 166,2 min, 2016-cı ildə isə 159,5 min uşaq doğulub.Yəni, doğum səviyyəsinin azalma tendensiyası 2016-cı il ərzində də davam edib.
Doğum səviyyəsinin aşağı düşdüyü şəraitdə bu istiqamətdə xərc məbləğinin artımı həmin müavinət növünün hesablanması üçün əsas olan orta aylıq əmək haqqı məbləğinin artımı ilə izah edilə bilər ki, bunu da orta aylıq əmək haqqı məbləğinin 6,8 faizlik artım səviyyəsinə qismən uyğunluq bir daha təsdiqləyir.
Təqdim edilmiş məlumatlara əsasən hamiləliyə və doğuma görə müavinət 2014-cü ildə 26,9 min nəfərə, 2015-ci ildə 27,2 min nəfərə, 2016-cı ildə isə 25,9 min nəfərə ödənilib. Həmin dövrlərdə bir nəfərə düşən müavinət məbləği müvafiq olaraq, 848,4 manat, 888,48 manat və 1002,6 manat təşkil edib. Göründüyü kimi 1 nəfərə düşən müavinət məbləği 2016-cı ildə 2014-cü ilə nisbətən 154,2 manat və ya 18,2 faiz, 2015-ci ilə nisbətən isə 114,12 manat və ya 12,8 faiz çoxdur.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Hesablama-Palatası