226 952 nəfər şəkər xəstəliyinə tutulub
![226 952 nəfər şəkər xəstəliyinə tutulub 226 952 nəfər şəkər xəstəliyinə tutulub](https://azvision.az/photos/sekerdiabet_1495700579.jpg)
""2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı" çərçivəsində ölkədə qalxanabənzər vəzi xəstəliyindən əziyyət çəkən insanların müayinə və müalicə məqsədi ilə davamlı addımlar atılır. Proqram çərçivəsində həm də digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bakı şəhərindəki poliklinikalarda və bölgələrdə "diabet pəncərəsi" xidmətinin yaradılması planlaşdırılıb. Həmçinin, şəkərli diabetlə xəstə pasientlərin müayinə və müalicəsi, dərman və özünənəzarət vasitələri ilə təmin edilməsi üçün Bakı şəhəri üzrə elektron registrin yaradılması istiqamətində işlər aparılır".
B.Salek əlavə edib ki, ölkədə şəkərli diabetin fəsadlarının profilaktikası məqsədilə diabet məktəbləri mövcuddur: "Bu məktəblər Bakı ilə yanaşı, regionlarda da fəaliyyət göstərir".
Aytən Zəhra
AzVision.az
Teqlər: Səhiyyə-Nazirliyi Diabet