Saxta pula görə iki nəfər tutuldu
![Saxta pula görə iki nəfər tutuldu Saxta pula görə iki nəfər tutuldu](https://azvision.az/photos/puldd_1495702863.jpg)
Müştəri mağazadan ayrıldıqdan sonra kassadakı pulları götürüb ayıran satıcı 100 manatlıq əsginasın saxta olmasından şübhələnib. Əsginas yoxlanıldıqda onun saxta olduğu müəyyənləşib və dərhal rayon polis şöbəsinə müraciət edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Şahəddin Musayev və Ramal Əbülhəsənov şübhəli şəxs qismində saxlanılıblar. Sonuncuya məxsus maşına baxış keçirilərkən oradan daha beş ədəd 100 manatlıq saxta əsginas aşkarlanaraq götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (saxta pul və qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.
AzVision.az
Teqlər: DİN