Qaxda 86 yaşlı kişi özünü asıb
![Qaxda 86 yaşlı kişi özünü asıb Qaxda 86 yaşlı kişi özünü asıb](https://azvision.az/photos/6d5be22402056bac960911219b7f4f5a_1495822931.jpg)
Kənd sakini, 1931-ci il təvəllüdlü Əmiraslan Yusif oğlu İsmayılovun meyiti yaşadığı evin eyvanından asılı vəziyyətdə ailə üzvüləri tərəfindən aşkar edilib.
Məlumata görə, Ə. İsmayılov xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı Qax rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
AzVision.az