Mingəçevirdə oğul anasını qətlə yetirib
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Oğlu tərəfindən öldürüldüyü ehtimal edilən qadın 1967-ci il təvəllüdlü Kəmalə Məhərrəmovadır.
O, yaşadığı evdə qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisənin qadının oğlu Nail Məhərrəmov tərəfindən törədildiyi ehtimal edilir.
Faktla bağlı araşdırmalar aparılır.
AzVision.az
Teqlər: Mingəçevir Qətl