Viləşçayda batan iki nəfərin cəsədi tapılıb - Yenilənib
![Viləşçayda batan iki nəfərin cəsədi tapılıb - Yenilənib Viləşçayda batan iki nəfərin cəsədi tapılıb - Yenilənib](https://azvision.az/photos/bog_1493912309_1495971098.jpg)
Əməliyyat saat 14:52-də başa çatıb.
***
Masallıda 2 nəfər Viləşçayda çimərkən batıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Viləşçay çayının Masallı rayonu ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın axtarışlarına başlayıblar.
AzVision.az