Şirkət rəhbəri 200-dən çox vətəndaşı aldadıb - Video
Məsələni daha dəqiq araşdırmaq üçün zərərçəkənlərlə birgə Rəşid Behbudov 46 ünvanında yerləşən "Angel-S” Mühafizə Agentliyinə gəldik. Qapılar bağlı olduğundan şirkətdən kiminləsə əlaqə saxlaya bilmədik. Hüquqşunasların sözlərinə görə, həmin vətəndaşlar konkret olaraq dələduzluq etməkdə şübhəli bilinən Tahir Ağayev barəsində prokurorluq və polis orqanalrına müraciət etməlidir. Həmçinin onlara dəyən maddi zərərin mülki hüquqi qaydada şirkətdən tutulması üçün əllərində olan fakt və sənədlərlə birgə aidiyyatı məhkəməyə də müraciət etməlidirlər. Bu zaman aidiyyati orqanlar məsələni araşdıracaq və lazımı hüquqi qiymət verəcək. (Xəzər TV)
AzVision.az
Teqlər: Dələduzluq