Hüquqşunasın ölümü ilə bağlı rəsmi məlumat

Hüquqşunasın ölümü ilə bağlı rəsmi məlumat
  05 İyun 2017    Oxunub:1370
Daxili İşlər Nazirliyi Milli Televiziya və Radio Yayımları Şurasının (MTRŞ) hüquqşunası Toğrul Mirzəzadənin yol qəzasında ölüməsi ilə bağlı rəsmi məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, iyunun 3-də saat 18 radələrində Xətai rayonu Zığ yolu küçəsində Bakı şəhər sakini Toğrul Mirzəzadə idarə etdiyi “Harley-Devidson” markalı motosikleti qarşıda gedən paytaxt sakini Nəriman Nəciyevin idarə etdiyi “QAZel” markalı avtomobilə vurub və nəticədə T.Mirzəzadə hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti