"Meyiti heç kim götürmürdü, Hövsanda basdırdıq" - Baş həkimin müavini
“Anada böyrək xəstəliyi, qan azlığı və digər problemlər var idi. Biz onu xilas etmək üçün əlimizdən gələni etmişdik. Uşaq yarımçıq olduğu üçün həyatda qalmadı. Qadın reanimasiyada olanda uşaq ölmüşdü. Əmr var ki, uşaq öləndən sonra cəsədi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə təhvil verilsin. Bu haqda ananın xəbəri olub. Lakin sonradan uşağın cəsədini qadının yaxınları tərəfindən heç kim götürmədi. Buna görə də Analitik Ekspertiza Mərkəzinin əməkdaşları onu Hövsanda yerləşən qəbirstanlıqda basdırıb və qəbri nömrələnib. Ananın səsləndirdiyi fikirlər tamamilə əsassızdır”.
M.Babayev qeyd edib ki, yeni doğulmuş körpələrin dəfnini Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzinin əməkdaşları həyata keçirir.
Qeyd edək ki, Günay Axundova körpəsi ilə yanaşı 6 uşağın cəsədinin Hövsandakı adsız qəbirstanlıqda eyni yerdə dəfn olunduğunu vurğulayıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: Səhiyyə-Nazirliyi Körpə Ölüm