Əl yüklərindən narkotik çıxdı

Əl yüklərindən narkotik çıxdı
  06 İyun 2017    Oxunub:1375
Əl yüklərinin içərisindən narkotik vasitələr aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının təqdim etdiyi əl yüklərinə baxış keçirilib.

Baxış zamanı əl yüklərinə daxil çantanın içərisində, gömrük nəzarətinə bəyan olunmayan, hər birində 10 həb olmaqla 10 konvalyut - üzərində “T-Doll Tramadol Hydrochloride BP 200 mg Tablets” sözləri yazılmış tramadol adlı dərman preparatı, həmçinin üzərində “baklofen 50 tabletok...” sözləri olan 1 ədəd dərman qutusunda, bir qəbildən olan malları digər şəklə salaraq gömrük nəzarətindən gizlədilmiş, yəni təqdim olunan qutunun üzərində “baklofen 50 tabletok...” göstəricisi olduğu halda 10 ədəd tramadol adlı həb aşkar edilib. Bundan başqa, çantanın astarının altından isə 20 ədəd metadon adlı həb aşkarlanıb.

Aşkar olunan 100 ədəd həbdə tramadolun təsir maddəsinin ümumi miqdarı 20 qram, 10 ədəd həbdə tramadolun təsir maddəsinin ümumi miqdarı 1,5 qram, 20 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edir.

Xatırladaq ki, tramadol “Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı”na, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti