Bakıda eyvanlar da kirayə verilir – VİDEO
![Bakıda eyvanlar da kirayə verilir – VİDEO Bakıda eyvanlar da kirayə verilir – VİDEO](https://azvision.az/photos/eyvanicare_1496777906.jpg)
Onlar artıq müştəri axtarışına da çıxıblar. Belə eyvanlardan yarışı izləyənlərə çay, kofe, hətta istəsələr yemək də təklif olunacaq.
Qiymətlər isə qarşılıqlı razılıq əsasında müəyyənləşdiriləcək. Üstəlik, eyvanlarda televizor da qoyulacaq ki, qonaqlar trekin görünməyən ərazilərini izləyə bilsinlər.
“Formula 1” əməliyyat komitəsinin sözçüsü Nigar Arpadarai bildirib ki, belə eyvanların sakinlər tərəfindən icarəyə verilməsində heç bir qadağa yoxdur. Sadəcə ev sahibləri hər hansı yad əşyanın oyun zolağına atılmamasına diqqət etməlidirlər. Əks halda bu şəxslər məsuliyyətə cəlb ediləcəklər. (Xəzər TV)
Teqlər: Bakı Formula-1 Eyvan İcarə