Əli Həsənov evi yanan köçkünlərlə görüşüb
Ə.Həsənov yataqxanada yanğından ziyan çəkən ailələrin müvəqqəti yerləşdirilməsi barədə göstəriş verdiyini bildirib:
“Hazırda faktla bağlı Fövqəladə Hallar Nazirliyi araşdırmalara başlayıb. Yanğın hadisəsinin səbəbləri araşdırılır. Bu dəqiqələrdə ölkə rəhbərliyinə məruzə edəcəyəm. Bu gün həmin ailələr müvəqqəti mənzillərlə təmin ediləcək. Yataqxana təmir olunana qədər onlar həmin mənzillərdə qalacaq”
Qeyd edək ki, bu gün Bakının Yasamal rayonunda yerləşən məcburi köçkünlərin yaşadığı yataqxanada güclü yanğın olub. Yanğın binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrini əhatə edib. Binanın bir bloku tamamilə yanıb. Hadisə yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub.
Aytən Zəhra
AzVision.az
Teqlər: Əli-Həsənov Yanğın Köçkün