Xaçmazda evə basqın edən şəxslər tutulub
![Xaçmazda evə basqın edən şəxslər tutulub Xaçmazda evə basqın edən şəxslər tutulub](https://azvision.az/photos/ogurluq_1496921083.jpg)
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olandan dərhal sonra yaradılmış əməliyyat-istintaq qrupu hadisə yerində olub, zərərçəkmiş və onun qonşularının ifadəsini alıb.
Ev sahibəsinin istintaqa verdiyi ifadəsindən məlum olub ki, hadisəni törədən şəxs tanınmaması üçün ağzını ağ mələfə ilə bağlayıb və başına idman papağı keçirib.
Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Vüqar Sadıqov və Taleh Cavadov tutulublar.
AzVision.az
Teqlər: DİN