Qohumunun evini yaran şəxs tutuldu
![Qohumunun evini yaran şəxs tutuldu Qohumunun evini yaran şəxs tutuldu](https://azvision.az/photos/14287374405528cda01abf0_1496999818.jpg)
Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsinə (PB) müraciət edən vətəndaş İnqa Dabaxcı Seyidova bildirib ki, Nizami rayonu M.Şərifli küçəsində yerləşən mənzilinin yataq otağından naməlum şəraitdə 12000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Hadisə barədə məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və cinayəti törətməkdə şübhəli bilinən Qusar rayon sakini Sadil Allahverdiyev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs zərərçəkənin qohumudur və o, oğurladığı qızıl-zinət əşyalarını 6000 manata satıb.
Hadisədən əvvəl ev sahibi mənzilin açarlarını S.Allahverdiyevin həyat yoldaşına etibar edərək şəxsi işləri olduğu üçün Türkiyəyə gedib. S.Allahverdiyev isə mənzilin açarları həyat yoldaşının çantasından gizlincə götürərək oğurluq məqsədi ilə qohumunun evinə gedib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
AzVision.az