Masallıdakı dəhşətli qətlin təfərrüatı - (Yenilənib)
![Masallıdakı dəhşətli qətlin təfərrüatı - (Yenilənib) Masallıdakı dəhşətli qətlin təfərrüatı - (Yenilənib)](https://azvision.az/photos/6d5be22402056bac960911219b7f4f5a_1497029834.jpg)
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Məlumata görə, ər-arvad iyunun 5-də yoxa çıxıblar. Maraqlananlara Azər Ağayev valideynlərinin Rusiyaya yollandığını deyib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətli törədən şəxslər tutularaq istintaqa təhvil verilib.
***
Masallıda dəhşətli qətl hadisəsi baş verib.
Rayonun Miyenkü kənd sakini Ağayev Azər atası Ağayev Etibar Qiyas oğlu və anası Ağayeva Rəfiqə Qurban qızını qətlə yetirib.
İlkin məlumata görə, valideynlərini öldürən E.Ağayev onların meyitlərini tövlədə gizlədib.
Hadisənin təfərrüatı müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır. (APA)
AzVision.az