İki dəhşətli qətllə bağlı rəsmi məlumat
Eyni zamanda həmin gün Masallı rayonunun Miyənkü kənd sakini Azər Ağayev iyunun 5-də saat 4 radələrində atası Etibarın və anası Rəfiqənin evdən çıxmaları və geri qayıtmadıqları barədə Rayon Polis Şöbəsinə müraciət edib. Dərhal başlanan araşdırmalarla həmin vaxt A.Ağayevin yaşadığı Miyənkü kəndindəki evdə arvadı Bəstəgülün qayınatası Etibarı və qaynanası Rəfiqəni balta ilə qətlə yetirməsi, sonradan əri Azərlə birgə həyətdəki tövlədə basdırmaları müəyyən edilib. Etibarın və Rəfiqənin meyitləri eksqumasiya edilib.
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Ağayev və B.Ağayeva tutulublar.
AzVision.az
Teqlər: DİN