Bakıda at əti satmaq istəyirdilər
![Bakıda at əti satmaq istəyirdilər Bakıda at əti satmaq istəyirdilər](https://azvision.az/photos/unnamed-(11)_1497089121.jpg)
Binəqədi Rayon Polis İdarəsinin müraciətinə əsasən, Bakı Şəhər Baytarlıq İdarəsinin mütəxəssisləri "Merscedes-Benz” markalı 31-BE-643 dövlət nömrə nişanlı minik avtomobilin yük yerində antisanitar şəraitdə yığılmış, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan 2 baş atın sümüksüz ətlərinin sağlamlığını və mənşəyinin müəyyənləşdirmək məqsədi ilə nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Avtomobildə aşkar olunan İsmayıllı rayonu, Qubaxəlilli kənd sakini S.Həsənova məxsus sümükdən ayrılmış at ətlərinin müayinələri başa çatana kimi həmin ətlər soyuducu kameraya yığılaraq müvəqqəti saxlanca qoyulub.
Hazırda Binəqədi Rayon Polis İdarəsi tərəfindən müvafiq araşdırmalar aparılır. Ətlərdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticələri Binəqədi Rayon Polis İdarəsinə təqdim ediləcək və müayinənin nəticələrindən asılı olaraq müvafiq tədbirlər görüləcək.
AzVision.az
Teqlər: İsmayıllı