Sumqayıtda 3 gündə 119 uşaq zəhərlənib - Yenilənib
![Sumqayıtda 3 gündə 119 uşaq zəhərlənib - Yenilənib Sumqayıtda 3 gündə 119 uşaq zəhərlənib - Yenilənib](https://azvision.az/photos/xestexana_esas_8_1497092400.jpg)
Onun sözlərinə görə, artıq xəstəxana tərəfindən də oxşar diaqnoz qoyulub:
“Onlara dəqiqləşdirilməmiş virus infeksiyası, bəzilərinə də mədə-bağırsaq virus infeksiyası qoyulub. Bu gün xəstəxanaya 14 uşaq yerləşdirilib. Hazırda xəstəxanada 54 uşaq müalicə olunur. Ümumilikdə son üç gün ərzində Saray, Masazır, Corat, Hacı Zeynalabdin Tağıyev və Ceyranbatan qəsəbələrindən xəstəxanaya müraciət edənlərin sayı 119 nəfərdir. Onlardan 72 nəfəri təkcə Tağıyev qəsəbəsinin sakinləridir. Artıq uşaqlardan 65 nəfəri evə buraxılıb. İnfeksiyanın sudan düşdüyü ehtimal edilir. Hazırda bir sıra əməkdaşlarımız uşaqların gətirildiyi ünvanlardan su nümunələri götürürlər. Laborator müayinələr aparılacaq. Son məlumatlar ictimaiyyətə açıqlanacaq”.
***
Sumqayıt şəhərində uşaqlar arasında kütləvi zəhərlənmə baş verib.
Ötən gündən başlayaraq şəhərin H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində yaşayan 60-dan çox uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib.
Xəstaxanada bildirilib ki, əsasən qusma, halsızlıq, ishal və kəskin baş ağrıları səbəbindən xəsatəxanaya kütləvi müraciət daxil olub:
"Xəstəxanaya müraciət edən uşaqların bir qisminə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda 40-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə xəstəxanada müalicə olunur. Zəhərlənən uşaqlar əsasən iki və yeddi yaş arasıdır. Zəhərlənmənin dəqiq səbəbləri hələlik məlum deyil. Lakin uşaqlardan götürülən analizlərin nümunələri labaratoriyaya göndərlib. Uşaqlar arasında kütləvi zəhərlənmənin səbəbləri labaratoriyanın verdiyi rəydən sonra məlum olacaq".
Qeyd edək ki, Səhiyyə Nazirliyinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları xəstəxanada olub.
AzVision.az
Teqlər: Sumqayıt Zəhərlənmə