Sumqayıtda zəhərlənən uşaqların görüntüləri yayıldı – VİDEO
Əkbər İsmayılova (valideyn): "Su içən yerdə əhvalı pis oldu. Qızdırması qalxdı, ürəyi bulandı. Sistem köçürdülər, evə apardım, sonra əhvalı pisləşdi gətirdim".
Altay Əsgərov (valideyn): "99 faiz uşaqlarda eyni xəstəlikdir. Qusma, qarıngetmə, yüksək hərarəti var. Hamısı sudandır, zəhərləniblər".
Uşaqların bir qisminə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda 40-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə tibb ocağında müalicə olunur.
İqbal Mövsümov (zərərçəkən): "Uşaqlarla oynadım, sonra tərləyib su içdim. Sonra qaytardım, pis oldum".
Nəzrin Nəzərova (zərərçəkən): "Su içdim, qaytardım. Sonra pis oldum, boğazım ağrıdı".
Səhiyyə Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları da xəstəxanada olublar. Uşaqlardan analizlər götürülərək laboratoriyaya göndərilib. Kütləvi zəhərlənmənin səbəbləri laboratoriyanın verdiyi rəydən sonra məlum olacaq. (ARB TV)
AzVision.az
Teqlər: Sumqayıt