Polis külli miqdarda narkotik müsadirə edib
![Polis külli miqdarda narkotik müsadirə edib Polis külli miqdarda narkotik müsadirə edib](https://azvision.az/photos/16426548_813409925465980_1601730042_n_1497261435.jpg)
Sənədlər yoxlanılan müddətdə əməliyyat-istintaq qrupu hadisə yerinə gəlib. Hadisə yerinə baxış keçirilərkən sürücünün yol kənarına atdığı, içərisində bükülülər olan bağlama tapılaraq götürülüb və ekspertizaya təqdim olunub. Ekspertiza həmin bağlamadakının ümumi çəkisi 1,574 qram narkotik vasitə olan heroin olması barədə rəy verib.
Hacıqabul RPŞ-yə gətirilən həmin şəxsin Şirvan şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vüsal Ağamalıyev olduğu müəyyən edilib. Ona məxsus avtomobilə baxış keçirilərkən saxlanc yerindən əlavə olaraq 1 kiloqrama yaxın marixuana da aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: DİN