Seyidlik vəsiqəsi alan şəxs: "Burada şişirdiləsi bir şey yoxdur" (VİDEO)
![Seyidlik vəsiqəsi alan şəxs: "Burada şişirdiləsi bir şey yoxdur" (VİDEO) Seyidlik vəsiqəsi alan şəxs: "Burada şişirdiləsi bir şey yoxdur" (VİDEO)](https://azvision.az/photos/593ebdeb5c2b1_2-5-696x367_1497298293.png)
Vəsiqəni Qafqaz Müsəlmanları İdarəsinin Cəlilabad, Masallı və Biləsuvar rayonları üzrə qazisi Mirqiyas Təhməzov verib.
Sənəd onun imzası və şəxsi möhürü ilə də təsdiqlənib.
Hadisədə adı hallanan Mirqiyas Təhməzov isə bildirib ki, Elnura seyidlik vəsiqəsi verməyib.
“O, özü vəsiqəni hazırlayıb”, - M.Təhməzov deyib.
Qafqaz Müsəlmanları İdarəsindən də qazinin vətəndaşa “Seyid Ağa” vəsiqəsi verməsi ilə bağlı yaranan qalmaqala münasibət bildirilib.
QMİ-dən verilən açıqlamada, idarə tərəfindən heç bir vətəndaşa bu tip vəsiqənin verilmədiyi qeyd olunub:
“Bu, qazinin şəxsi təşəbbüsü olub. Möhürdən də göründüyü kimi, bu idarənin yox, qazinin möhürüdür”. (Xəzər TV)
AzVision.az
Teqlər: Seyidlik-vəsiqəsi