"Volvo"dan 93 kq heroin çıxdı
Gömrükçülər tərəfindən “34 JA 7009” nömrə nişanlı qoşqunun şübhəli hissəsinə baxış həyata keçirilərkən 180 bükümdə qablaşdırılaraq gizlədilmiş, ümumi çəkisi 93 kiloqram narkotik vasitə - heroin aşkar edilərək götürülüb. Narkotik yüklü avtonəqliyyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedəcəyi müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər: Naxçıvan Gömrük Heroin







Vaxtında, Aydın, Lazımlı!


