Sabirabadda ata və oğlu faciəvi şəkildə öldü
![Sabirabadda ata və oğlu faciəvi şəkildə öldü Sabirabadda ata və oğlu faciəvi şəkildə öldü](https://azvision.az/photos/dsc-0134_1497990104.jpg)
Qəza nəticəsində sürücü, Saatlı rayonu Mircəlal kənd sakini 1958-ci il təvəllüdlü Astanov Həsənxan Hüseynxan oğlu və onun oğlu 1989-cu il təvəllüdlü Astanov Dəyanət hadisə yerində ölüblər.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan şəhər Yanğından Mühafizə Xidmətinin xilasediciləri cəlb edilib. Onlar xüsusi avadanlıqlar vasitəsilə avtomobildə sıxılıb qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır. (APA)
AzVision.az