Bu gün leysan olacaq
![Bu gün leysan olacaq Bu gün leysan olacaq](https://azvision.az/photos/dolu-704318_1498030847_1498107400.jpeg)
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 15-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
AzVision.az
Teqlər: Hava Yağış Dolu Leysan