Baş nazir Tovuz sakinlərinə yardım ayırdı
![Baş nazir Tovuz sakinlərinə yardım ayırdı Baş nazir Tovuz sakinlərinə yardım ayırdı](https://azvision.az/photos/c915e9b4668259df4c0cf43d0df43c71_1498160225.jpg)
"Bu gün Baş Nazir Tovuzda evlərinin dam örtüyü güclü dolu nəticəsində yarasız vəziyyətə düşən sakinlərimizə yardımı edilməsi üçün sənəd imzaladı, bunun üçün maliyyə vəsaiti ayrıldı. İnşallah, yaxın günlərdə sizə şifer yardımı ediləcək. Bir daha ötən günü sizi təmsil edən millət vəkili olaraq məni qəbul edən, vəziyyəti və sizin xahişlərinizi çatdırmam üçün geniş zaman ayıran və bu gün dəstəklə bağlı sənəd imzalayan Baş nazirimiz Artur müəllimə, ilk növbədə isə bu məsələni diqqətdə saxlayan və sizin üçün bu çətin günlərdə dəstək olan cənab Prezidentimizə təşəkkür edirəm. İnşallah, yaxın günlərdə rayon icra qurumları, müvafiq qurumlar şiferləri sizə təqdim edəcək. Allah dövlətimizi hər zaman qorusun və daha da güclü etsin".
Hafiz Əhmədov
AzVision.az
Teqlər: Artur-Rasizadə Tovuz