“Mehriban Əliyeva bizi xilas etdi” - Aprel şəhidinin anası
Bunu AzVision.az-a aprel şəhidi Xaliq Əzizzadənin anası Nigar Qasımova deyib. Şəhid anası kredt borcunun ödənilməsinə görə birinci xanıma təşəkkürünü bildirib.
Prezidentimiz başda olmaqda onun xanımına, ailə üzvlərinə təşəkkür edirik. Allah onlardan razı olsun. Bu gün Fəxri Xiyabana gedərək Heydər Əliyevin məzarını ziyarət etdik. Bu, şəhid anası kimi mənim borcumdur. Dövlətimiz, birinci xanım göstərdi ki, şəhid ailələri tək, kimsəsiz deyil. Mehriban xanım icazə vermədi ki, kimsə bizi evimizdən çıxarıb, küçəyə atsın. İndi oğlumun ruhu da rahatdır”.
Qeyd edək ki, “Para" BOKT ASC şəhidin kredit borcuna görə məhkəməyə müraciət etmişdi. Ötən gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə aprel şəhidi Xaliq Əzizzadənin “Para" BOKT ASC-yə olan kredit borcu bağlanıb və müvafiq sənəd ailəsinə təqdim edilib.
Hafiz Əhmədov
AzVision.az
Teqlər: Mehriban-Əliyeva Şəhid