Paytaxtda sürət qatarı piyada qızı vurdu - Video
![Paytaxtda sürət qatarı piyada qızı vurdu - Video Paytaxtda sürət qatarı piyada qızı vurdu - Video](https://azvision.az/photos/594d27bcb1f94_1qizpiy_1498247996.jpg)
Görüntülərdə bir neçə oğlan yolu keçir. Onların yanında olan xanım isə bir az ləngiyir. Sürətlə Sumqayıt istiqamətindən Bakı sərnişin vağzalına gələn qatar qızı vurur. Xoşbəxtlikdən gənc qız qatarın altına yox, kənara düşür....
Həmin gənclər hadisədən sonra ərazidən qaçdıqları üçün maşinist qızın xəsarət alıb-almamasını və onların adını belə öyrənə bilməyib.
Maşinist hadisədən sonra qatarı saxladığı üçün Bakı sərnişin vağzalına təxminən 8 dəqiqə geçikmə ilə çatıb.
Bununla bağlı da yol boyu bütün stansiyalardakı dispeçerlərə məlumat verib. İndi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları görüntülər əsasında həmin şəxsləri axtarır. (XəzərTV)
AzVision.az