Azərbaycanın xalq artisti vəfat edib
![Azərbaycanın xalq artisti vəfat edib Azərbaycanın xalq artisti vəfat edib](https://azvision.az/photos/hqdefault_1498471032.jpg)
AzVision.az-ın məlumatına görə, xalq artisti bu gün 67 yaşında dünyasını dəyişib.
Mərhumla vida mərasimi sabah keçiriləcək. Xalq artisti Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunacaq.
Qəndab Həbib qızı Quliyeva 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində, daha sonra Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb.
İlk muğam müəllimi Nəriman Əliyev olub. 1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.
Teatrın səhnəsində Leyli (“Leyli-Məcnun”), Əsli (“Əsli və Kərəm”), Ərəbzəngi (“Şah İsmayıl”), Şahsənəm ("Aşıq Qərib”), Gülbahar (“Gəlin qayası”), Xanəndə qız (“Vaqif”) rollarını yaradıb.
AzVision.az
Teqlər: