Bayram günü növbəti yol qəzası: 1 ölü, 3 yaralı
![Bayram günü növbəti yol qəzası: 1 ölü, 3 yaralı Bayram günü növbəti yol qəzası: 1 ölü, 3 yaralı](https://azvision.az/photos/d54f343b-3552-4725-b3dd-9afa66c80321_292_1498472993.jpg)
Belə ki, həmin ərazidə "Hyundai-Sonata " və "VAZ-2107" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
"Report"un Şirvan bürosunun xəbərinə görə, "VAZ-2107" markalı avtomobilin sürücüsü, Ağdaş rayonunun Qaraoğlan kənd sakini 17 yaşlı Məmmədov Turan Xaləddin oğlu qəza zamanı aldığı xəsarətlərdən ölüb.
Həkimlər digər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Xəsarət alan şəxslərin hamısı Ağdaş rayonunun Qaraoğlan kənd sakinləridir.
AzVision.az