Dənizdə batan şəxs xilas edilib

Dənizdə batan şəxs xilas edilib
  27 İyun 2017    Oxunub:1261
Bakıda bir nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: FHN   Xəzər  





Xəbər lenti