Dənizdə batan şəxs xilas edilib

Dənizdə batan şəxs xilas edilib
  27 İyun 2017    Oxunub:1088
Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

AzVision.az


Teqlər: FHN   Dəniz  





Xəbər lenti