Sumqayıt-Bakı qatarı 20 yaşlı qızı vurub
![Sumqayıt-Bakı qatarı 20 yaşlı qızı vurub Sumqayıt-Bakı qatarı 20 yaşlı qızı vurub](https://azvision.az/photos/15749493_793672904106349_809123425_n_1494579499_1498805580.jpg)
“20-21 yaşlarında bir xanım qulağında qulaqcıqla qatar yolunu keçməyə çalışıb. Dəfələrlə siqnal verilsə də, o, buna əhəmiyyət verməyib. Həmin xanım ağır xəsarət almayıb. Sadəcə qatar ona toxunub. Hadisə yerinə təcili tibbi yardım çağrılıb və o, yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Orada piyadaların keçməsi üçün keçid yoxdur və biz dəfələrlə deyirik ki, ehtiyatlı olmaq lazımdır. Lakin buna fikir verilmir. Reyslərin üstündən keçirlər və nəticədə özlərini təhlükəyə atırlar”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Qatar Sumqayıt Bakı Biləcəri