Qanunsuz ağac kəsənlər şikayət olunub
Araşdırma ilə bağlı akt tərtib olunub, 2 ədəd ağacın kəsilməsinə görə torpaq istifadəçisinə 2700 manat ziyan tətbiq edilib. Ərazidə mövcud olan ağacların mühafizəsi məqsədilə Bakı şəhəri İcra Hakimiyyətinə rəsmi qaydada müraciət olunub.
Faktla bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və hasara alınmış ərazidə mövcud olan ağacların məhv edilməsinin qarşısının alınması məqsədilə Baş Prokurorluğa göndərilib və cinayət işi başlanılıb.
Ərazi Nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


