Yevlaxda narkotik satan şəxs tutulub
![Yevlaxda narkotik satan şəxs tutulub Yevlaxda narkotik satan şəxs tutulub](https://azvision.az/photos/3-3_1498826062.jpg)
Həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən ünvanda Şəki şəhər sakini, Bəxtiyar Paşabəyov şübhəli şəxs qismində saxlanılaraq polis idarəsinə gətirilib.
Üzərinə baxış keçirilərkən ona məxsus idman çantasından külli miqdarda marixuana aşkar edilərək götürülüb. Ekspertiza zamanı B.Paşabəyovdan aşkar edilən narkotik vasitənin ümumi çəkisinin 10 kiloqram 800 qram olduğu müəyyən edilib.
Saxlanılan şəxs ifadəsi zamanı narkotik tərkibli bitkiləri Şəkidə meşə massivində yabanı halda bitən ərazidən yığdığını və qurudandan sonra satmaq niyyəti ilə Yevlax rayonuna gətirdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
AzVision.az