Lerikdə ata və qızı bıçaqlanıb
![Lerikdə ata və qızı bıçaqlanıb Lerikdə ata və qızı bıçaqlanıb](https://azvision.az/photos/azl-249845_1498846441.jpg)
Zərəçəkən Bahadur Nəhmətov "Report"un yerli bürosuna hadisənin Lerik rayonunun Bibiyanı kəndinin sakini, qızın xalası oğlu Ramin adlı şəxs tərəfindən törədildiyini bildirib. O, qızının ailəli və bir uşağının olduğunu deyib. Buna baxmayaraq, bir neçə gün əvvəl Ü.Nəhmətova xalası oğlu tərəfindən aldadılaraq qaçırılıb. Ancaq Lerik Rayon Polis Şöbəsinə məlumat verildikdən sonra qız ata evinə qaytarılıb, xalası oğlu isə sərbəst buraxılıb. Bu gün axşam saatlarında Ramin adlı şəxs yenidən xalasıgilə gələrək qızı və uşağı aparmaqda israr edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Nəticədə Ü.Nəhmətova bədəninin müxtəlif nahiyələrindən, B.Nəhmətov isə boğaz nahiyəsindən bıçaq zərbəsi alıb.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər: Lerik Bıçaqlanma