“Gənclər kitab oxuyur” layihəsinin mövsüm bağlanışı keçirilib
![“Gənclər kitab oxuyur” layihəsinin mövsüm bağlanışı keçirilib “Gənclər kitab oxuyur” layihəsinin mövsüm bağlanışı keçirilib](https://azvision.az/photos/genclerkitabazercell_1498899429.jpg)
Xatırladaq ki, layihədə iştirak edən qiraətçilər isə müsabiqə yolu ilə seçiliblər. Belə ki, 18-29 yaş arası gənclər özləri haqqında qısa məlumat və səs nümunələrini Azercell-ə təqdim edərək, müsabiqədə iştirak ediblər. Ən yaxşı qiraətçilər “Gənclər kitab oxuyur” layihəsi çərçivəsində publika qarşısında kitab oxumaq imkanı qazanıblar.
Qeyd edək ki, Azercell ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra layihələr həyata keçirib. 2015-ci ildə təqdim edilən Bookmate əlavəsi sayəsində bütün Azercell abunəçiləri Azərbaycan, rus, ingilis, türk və onlarla əcnəbi dildə məhdudiyyətsiz kitab oxuya bilirlər. Azercell-in təqdim etdiyi mobil kitabxanada 800 000-dən artıq kitaba çıxış təmin olunub.
Teqlər: #Azercell #Gənclər-kitab-oxuyur