Qızmar istilərdən necə qorunmalı? - Bunları mütləq bilməlisiniz!
![Qızmar istilərdən necə qorunmalı? - Bunları mütləq bilməlisiniz! Qızmar istilərdən necə qorunmalı? - Bunları mütləq bilməlisiniz!](https://azvision.az/photos/579621_448879_1498916509.jpg)
İsti havada nə etmək olmaz?
İsti hava şəraiti bəzən xoş gəlsə də, hədsiz temperatur ciddi sağlamlıq problemlərinə yol aça bilər. Daşqınlar, qasırğalar və digər təbii fəlakətlərlə yanaşı, isti hava öldürücü ola bilər. Ekspertlər ən ziyanlı hava şəraiti kimi günorta ilə gecə temperaturunun yaxın olmasını göstərirlər. Həkimlər isti havalarda çoxlu su içməyi, günəş altına çıxmamağı, gen və açıq rəngli paltarlar geyməyi məsləhət görür. Qalın paltar, fiziki fəaliyyət və rütubətin kombinasiyası bədən temperaturunu təhlükəli səviyyəyə qaldıra bilər. Əzələlərdə ağrı ilk siqnal hesab edilir. Ağır çəkili içki içənlər bu şəraitdə böyük təhlükə ilə üzləşə bilər. İsti hava qan təzyiqi yüksək olanlar, ürək-damar xəstələri, azyaşlı uşaqlar və yaşlılar üçün öldürücü ola bilər. İsti hava bədənin susuzlaşmasına da yol açır ki, bu da öz növbəsində işləmək qabiliyyətini azaldır. Bədənin suyunun 5 faiz azalması işləmək qabiliyyətini 30 faiz endirir. Bədənin duzlarının itirilməsi əzələlərin funksiyasını zəiflədir. Alimlər deyir ki, bədənin hərarəti 42 dərəcədən yüksək olsa, bu halda orqan və toxumalar bişməyə başlayır. Təcili yardım göstərilməsə, ölüm halı qaçılmaz ola bilər.
Belə hallarda dərhal həmin şəxs günəş altından çəkilməli, ayaqları 30 sm qaldırılmalı, paltarı çıxarılmalı və bədənin soyudulması üçün buz və sudan istifadə edilməlidir. Boyun nahiyəsi və qoltuqlar altına buz qoyulmalıdır. Adi hallarda iki litr maye qəbul edilməlidirsə, isti havada qəbul edilən suyun həcmi daha artıq olmalıdır.
Həkimlərin fikrincə, istidən qorunmaq üçün limon suyu içmək, həmçinin ət yeməklərindən uzaq olmaq məsləhətdir.
Mütəxəssislər bildirirlər ki, havanın orta hərarəti 26 dərəcəyə çatırsa, insan bir gündə 2 litrədək su içməlidir. İstiyə qarşı ən yaxşı təsiri isə limon suyu qatılmış qazsız su göstərir. İsti yay günlərdə qəbul edilməsi məsləhət olmayan içkilər isə süd, limonad, kofedir. Həkimlər, həmçinin siqaretdən imtinanı, soyuq su içməməyi də məsləhət görürlər.
Bundan əlavə, yayda yüksək kolorili qida qəbul etmək düzgün deyil. Ət xörəklərindən, un məmulatlarından az istifadə lazımdır. Tərkibi bitki, tərəvəz olan qidalara daha çox üstünlük vermilməlidir.
Çimərliklərdə istirahət vaxtına gəlincə, səhər və axşam saatlarında çimərliklərdə olmaq məqsədəuyğundur.
AzVision.az
Teqlər: İsti-hava Günvurma Həkim