AzVision.az-ın FHN-nə istinadən verdiyi xəbərə görə, yanğın rayonun Yolçubəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 280 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 185 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.