Çaylarda suyun səviyyəsi azalıb
![Çaylarda suyun səviyyəsi azalıb Çaylarda suyun səviyyəsi azalıb](https://azvision.az/photos/caylarda_1499095288.jpg)
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 73 kubmetr olmaqla ongünlük normanın 50 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 77 kubmetr təşkil edərək ongünlük normanın 53 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 6, Salyanda 17, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində 10 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 35 (2016-cı il iyulun 3-də 328 sm), Şirvanda 223, Salyanda 163 (2016-cı il iyulun 3-də 98 sm), Bankədə 177 (2016-cı il iyulun 3-də 201 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 santimetr (2016-cı il iyulun 3-də 47 sm) təşkil edir.
AzVision.az
Teqlər: Nazirlik Çay Respublika