Maştağada zeytun bağlı məhv edilib
Araşdırma zamanı müəyyən olub ki, Abşeron rayon İcra Hakimiyyətinin 21.07.2016-cı il tarixli 224 nömrəli sərəncamı ilə Abşeron rayonu Maştağa Subtropik Sovxozu ərazisində yerləşən çoxillik zeytun və badam ağaclarından ibarət 40 hektar torpaq sahəsi yeni badam bağının salınması ilə əlaqədar “İdeal-Biznes” CO MMC-yə 99 il müddətinə icarəyə verilib. Hər iki qurum arasında Torpaq icarəsi müqaviləsi bağlanıb.
Faktla bağlı torpaq mülkiyyətçisi Abşeron rayon İcra Hakimiyyətinə və torpaq istifadəçisi “İdeal-Biznes” CO MMC-yə məktubla müraciət edilib.
AzVision.az
Teqlər: Bakı Maştağa Zeytun-bağı