Salyanda tarixi abidələr aşkar edilib - Video
![Salyanda tarixi abidələr aşkar edilib - Video Salyanda tarixi abidələr aşkar edilib - Video](https://azvision.az/photos/salyantarixi_1499098170.jpg)
Bu yaxınlarda isə həmin təpəliklərin yaxınlığında texnikalar vasitəsilə qazıntı işləri aparılarkən xeyli sayda insan sümüklərinə rast gəlinib.
Mütəxəssislərin fikrincə, Kürsəngi kəndindən başlayaraq Kür çayına qədər təxminən 20 kilometr məsafədə orta əsr, eləcə də ondan əvvəlki dövrə aid yaşayış məskənlərinin eyni sıra üzrə getməsi, ticarət karvan yolunun tarixən bu ərazidən keçməsi Yeni Uluxanlı kəndinin qədimliyini söyləməyə imkan verir. İlkin ehtimala görə, kənddəki 7 Qardaş təpəlikləri Azərbaycan ərazisində son tunc, ilk dəmir dövrünə, yəni eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərinə aid olan kurqanlardır.
Professor Arif Məmmədov bildirib ki, həmin təpəliklərdə təkcə orta əsrlər dövrünə aid saxsı qabların qalıqlarının tapılması, tikinti kərpiclərinin nəzərə çarpması, qara çıraqların aşkarlanması bu ərazidə gur insan yaşayış məskəninin olduğunu göstərir.
Mütəxəssislərin fikrincə, ərazidə arxeoloji tədqiqat işlərinin aparılması olduqca zəruridir. (ARB TV)
AzVision.az
Teqlər: Salyan Tarixi-abidə