19 gündə 10 nəfər suda boğularaq ölüb
![19 gündə 10 nəfər suda boğularaq ölüb 19 gündə 10 nəfər suda boğularaq ölüb](https://azvision.az/photos/53d3ee65-c33f-4e1b-a46d-2706244f0533_1499153121.jpg)
AzVision.az Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumatlara istinadən xəbər verir ki, 19 gün ərzində 17 nəfər suda boğulmaqdan xilas edilib.
Bakıda 4, İmişlidə 1, Mingəçevir şəhəri Yuxarı Qarabağ kanalında 1, Xızı rayonu Şurabad qəsəbəsində 1, Kür çayının Ağstafa rayonu Saloğlu qəsəbəsindən keçən hissəsində 2, Samur-Abşeron kanalının, Quba rayonu, Paşaoba kəndindən keçən hissəsində 1 nəfərin meyiti sudan çıxararaq aidiyyatı üzrə təhvil verib.
Qeyd edək ki, 15 iyundan başlayaraq ölkəmizdə çimərlik mövsümü açıq elan edilib. Çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: FHN Xəzər Kanal Su Boğulma