Şəkidə toyda qan töküldü - Video
![Şəkidə toyda qan töküldü - Video Şəkidə toyda qan töküldü - Video](https://azvision.az/photos/unnamed-(2)_1499173697.jpg)
Hadisə Şəkinin Çayqaraqoyunlu kəndidə qeydə alınıb. Kənd sakinləri Müsalim Məmmədov və Tərlan Eyyubovun arasında mübahisə baş verib. Tərlan Müsalimə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Xəsarət alan şəxs dərhal Şəki RMX-yə çatdırılıb.
Müsalim Məhəmmədov – Xəsarət alan şəxs: “Toyda olmuşdu. Su tökəndə ayağına düşdü, söyüş söydü. Dedim ki, məni söyürsən? Dedi ki, hə. Mən onu vurdum, o, məni bıçaqladı”.
Hadisəni törədən şəxs hadisə yerindən qaçsa da, daha sonra polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.
AzVision.az
Teqlər: Şəki Toy Bıçaqlanma