Türkiyə Almaniyaya nota verdi

Türkiyə Almaniyaya nota verdi
  04 İyul 2017    Oxunub:1393
Türkiyə Almaniyaya etiraz notası verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb iyulun 3-də "Siyasi Gözəllik Mərkəzi" adlı təşkilatın Berlində Almaniya hökumətinin binası qarşısında bir avtomobilin önündə açdığı plakat olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralının şəkillərinin olduğu plakatda yazılıb ki, "bu avtomobilin sahibi olmaq istəyirsənsə, diktaturanı öldür".

Bununla əlaqədar Türkiyənin Berlindəki səfirliyi Almaniya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib. Notada qeyd edilib ki, Almaniya Nazirlər Kabinetinin binası qarşısında və təhlükəsizlik qüvvələrinin mühafizəsində bu cür zorakılığı təbliğ edən bir aksiyanın keçirilməsinə icazə verilməsi anlaşılan və qəbul edilən deyil, barışa xidmət etmir.

AzVision.az


Teqlər: Türkiyə   Almaniya   Etiraz   Nota  





Xəbər lenti