Ərzaq alarkən diqqətli olun! – Mağazalar sizi zəhərləyir (VİDEO)
![Ərzaq alarkən diqqətli olun! – Mağazalar sizi zəhərləyir (VİDEO) Ərzaq alarkən diqqətli olun! – Mağazalar sizi zəhərləyir (VİDEO)](https://azvision.az/photos/qiymet-artimi-orucluq_1499189388.jpg)
Eyyub Hüseynov (Azad İstehlakçılar Birliyinin Sədri) : "Vaxtı keçmiş məhsulların üzərinə skoç vuraraq yenidən etiketləyirlər. Belə hallarda dükanlara məlumat veririk ki, satış qadağan olsun. Qeyd etdiyim kimi yoxlamalar məhdudlaşdırılıb. Onlar da bundan istifadə edərək sui-istifadə edirlər".
Vaxtı keçmiş məhsullar yay aylarında daha təhlükəli olur. Bu səbəbdən də tez-tez zəhərlənmə faktları aşkarlanır. Vaxtı keçmiş məhsullar arasında içkilər də az deyil. Yeyinti məhsulları haqqında və istehlakçıların hüquqlarının müdafiəsinin haqqında qanuna görə, bütün qida məhsullarının istehsal tarixi və son yararlılıq tarixi mütləq göstərilməlidir. Əks halda sahibkarı 1500 manatdan 5 min manata kimi cərimə gözləyir.
AzVision.az