Alxanlıda yaralanan qadın təcili əməliyyat olunub
![Alxanlıda yaralanan qadın təcili əməliyyat olunub Alxanlıda yaralanan qadın təcili əməliyyat olunub](https://azvision.az/photos/yaralialxanli_1499236329.jpg)
“Xəstə həkim nəzarətindədir. Müalicələri davam edir. Bakıdan həkim çağırmağa ehtiyac bilmədik. Dünən cərrahlarımız tərəfindən təcili əməliyyata alındı. Xəstə təxminən bir həftəyə yaxın burada qalacaq. Müalicə tam başa çatdıqdan sonra evə buraxılacaq".
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: Alxanlı Füzuli Xəstəxana